TÜRKİYƏ ORDUSU SURİYADA 17 TERRORÇUNU MƏHV EDİB – VİDEO

0

Türkiyə Ordusu Suriyanın şimalındakı sərhədyanı bölgələrdə 17 terrorçunu məhv edib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zərərsizləşdirilən yaraqlılar arasında sentyabrın 18-də Şanlıurfanın Suruç vilayətində hərbi nəzarət-buraxılış məntəqəsinə raket zərbəsi endirən terrorçular da var.

Xatırladaq ki, həmin terror aktı nəticəsində bir türkiyəli əsgər şəhid olub, bir əsgər isə yaralanıb.

Türkiyənin artilleriya bölmələrinin və pilotsuz uçuş aparatlarının iştirakı ilə keçirilən əməliyyat zamanı terrorçuların, təxminən, 80 hədəfi məhv edilib.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RƏCƏB TAYYİB ƏRDOĞAN AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycana gələcək və Zəngilan ilə Cəbrayıl rayonlarına səfər edəcək. “Anadolu” agentliyinin xəbərinə görə...

Bağla