TÜRKİYƏ PREZİDENTİ “GULFOOD” SƏRGİSİNDƏKİ AZƏRBAYCAN STENDİNİ ZİYARƏT EDİB

0

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubay şəhərində keçirilən “Gulfood 2022” beynəlxalq ərzaq sərgisində Azərbaycan məhsullarının nümayiş olunduğu stendi ziyarət edib.

Məlumata görə, R.T.Ərdoğan Azərbaycanla yanaşı, Türkiyə və BƏƏ stendlərini də gəzib.

Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 15 Azərbaycan şirkəti meyvə şirələri, təbii mineral suları, çay, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.

5 gün davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaq.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“XOCALI-30” ADLI VİDEOÇARX HAZIRLANIB – VİDEO

Xarici ölkə vətəndaşlarının və Azərbaycan diasporu nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 30 illiyi ilə bağlı videçarx hazırlanıb. Bu barədə "Report"a...

Bağla