TÜRKİYƏ PREZİDENTİ YENİ KƏND TƏSƏRRÜFATI VƏ MEŞƏ NAZİRİ TƏYİN EDİB

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq sərəncamı ilə Vahit Kirişçini kənd təsərrüfatı və meşə naziri təyin edib.

“Anadolu” agentliyi xəbər verir ki, Vahit Kirişçi öz istəyi ilə nazir postunu tərk edən Bekir Pakdemirlini əvəz edib.

Qeyd edək ki, sərəncam “Rəsmi Qəzet”də dərc olunub.

Vahit Kirişçi 4 dekabr 1960-cı ildə Kahramanmaraşda anadan olub. Bir çox qeyri-hökumət təşkilatında müdir vəzifəsində çalışan Kirişçi AK Partiyadan Adana millət vəkili seçilib. Eyni dövrdə Türkiyə-Avropa Birliyi Qarışıq Parlament Komissiyasının üzvü kimi Kirişçi Türkiyə Böyük Millət Məclisinin sədri müavini, TBMM-nin Kənd Təsərrüfatı, Meşə və Kənd İşləri Komitəsinin sədri vəzifələrində çalışıb.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İŞ VƏ İSTİRAHƏT GÜNLƏRİNİN YERLƏRİ DƏYİŞDİRİLİB

Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək...

Bağla