Türkiyə və Azərbaycan XİN başçıları regional məsələləri müzakirə ediblər

0

Yanvarın 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı aparılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycan-Türkiyə arasında ikitərəfli, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.

Bununla yanaşı, regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdə vəziyyət, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin qurbanlarını yad edib

Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin qurbanlarını yad edib. "Report" xəbər verir ki, bu barədə qurumun "X" hesabında qeyd olunub....

Bağla