Türkiyə və HƏMAS arasında Qəzza ilə bağlı danışıqlar aparılıb

0

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda HƏMAS qruplaşmasının Siyasi Bürosunun rəhbəri Xəlil əl-Hayya ilə görüşüb.

“Report xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, görüşdə Qəzzada sülh planının ikinci mərhələsinə keçid üçün hazırlanan yol xəritəsi müzakirə olunub və HƏMAS-ın bu təşəbbüsə müsbət yanaşdığı bildirilib.

Tərəflər İsrailin yol xəritəsinə cavab vermək əvəzinə Qəzzada hücumlarını artırmasından narahatlıq ifadə edib, bunun qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin hərəkətə keçməsinin vacibliyini vurğulayıblar.

Görüşdə İsrailin Qəzza ilə yanaşı, İordan çayının Qərb sahili və Qüdsdə fələstinlilərin hüquqlarını pozması məsələləri də müzakirə olunub.

Həmçinin Qəzzada sülhün təmin olunması üçün Türkiyə, Qətər və Misirin birgə səylərinin əhəmiyyəti qabardılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Fələstinin Azərbaycandakı Səfirliyinə maliyyə yardımını nəzərdə tutan Protokol təsdiqlənib

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsi...

Bağla