TÜRKİYƏDƏ CÜMƏ NAMAZINDAN ƏVVƏL QÜDS ÜÇÜN QURAN OXUNACAQ

0

Türkiyədə bütün məscidlərdə cümə namazından əvvəl Qüds üçün Qurani-Kərim tilavət ediləcək. Bu barədə Türkiyə “Diyanət” komitəsinin sədri Əli Erbaş məlumat verib. Erbaş bildirib ki, namazdan əvvəl Qüds üçün dua ediləcək.

“Bu çətin günlərində fələstinli qardaşlarımızın maddi dəstək kimi, mənəvi dəstəyə də ehtiyacları var. Cümə namazından əvvəl bütün məscidlərimizdə Qüds və bütün İslam bölgələrində dinclik və stabilliyin bərqərar olmağı üçün Quran oxunacaq və dua ediləcək. Qəbul et Allahım!” – deyə Əli Erbaş vurğulayıb.

 

Anadolu agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSRAİLLƏ HƏMAS ARASINDA ƏLDƏ OLUNMUŞ ATƏŞKƏSİN MONİTORİNQİNİ MİSİR HƏYATA KEÇİRƏCƏK

İsrail hökumətinin iclasından sonra Baş nazir Benyamin Netanyahu və HƏMAS liderləri 11 gün davam edən aviasiya və raket hücumlarının dayandırılması...

Bağla