TÜRKİYƏDƏ DAHA BİR TƏHLÜKƏLİ TERRORÇU ZƏRƏRSİZLƏŞDİRİLİB

0

Türkiyənin xüsusi xidmət orqanı Milli İstihbarat Təşkilatının (MİT) Şimali İraqın Gara bölgəsində keçirdiyi əməliyyat nəticəsində “Doktor Rodi” kod adlı terrorçu Özcan Yıldız zərərsizləşdirilib.

Bu barədə Türkiyə mətbuatı xəbər paylaşıb. Məlumata görə, 1999-cu ildə PKK terror qruplaşmasına girən Yıldız uzun müddət qanlı teraktlarda iştirak edib. Xüsusilə 2012-ci ildə 8 hərbçinin şəhid olduğu Dağlıca hadisəsində iştirak edənlərin arasında olduğu üçün MİT tərəfindən axtarışda olub.

2013-cü ildə Şimali İraqa qaçan Özcan Yıldız Kandil, Zap, Avaşin və Sincar kimi bölgələrin məsul şəxsi kimi fəaliyyət göstərib. 2020-ci ildə isə terrorçuları müalicə etmək üçün Gara bölgəsinə göndərilib.

MİT tərəfindən müşahidə altına alınan Özcan Yıldız gerçəkləşdirilən dəqiq zərbə ilə zərərsizləşdirilib.

Xatırladaq ki, ötən həftə MİT və TSK-nın Kandil dağında keçirdiyi ortaq əməliyyatla PKK/KCK terror qruplaşmasının Kərkük üzrə məsul şəxsi Mehmet Hatip Arıtürk zərərsizləşdirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
28 MAY RESPUBLİKA GÜNÜNÜN ADI MÜSTƏQİLLİK GÜNÜ ELAN EDİLİR

Azərbaycanda 28 May Müstəqillik Günü və 18 Oktyabr Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. Bu, “Müstəqillik Günü...

Bağla