TÜRKİYƏDƏ HƏCC ZİYARƏTİ ÜÇÜN PÜŞK ATMA BAŞA ÇATIB

0

Türkiyədə, İslam dininin şərtlərindən biri olan Həcc ziyarəti üçün püşk atma mərasimi başa çatıb.

Yerli mətbuatın verdiyi məlumatda bildirilir ki, püşk atmanın nəticələrinə görə bu il 83 min 430 nəfər Türkiyə vətəndaşı Həcc ziyarətinə gedəcək.

Püşk atma mərasimində Türkiyə Diyanet qurumunun sədri Əli Erbaş da iştirak edib. Əli Erbaş müraciət edən ən kiçik zəvvarın 40 günlük, ən yaşlı zəvvarın isə 119 yaşında olduğunu deyib. Həmçinin qadın zəvvarların nisbəti 57.57 %, kişilərin nisbəti isə 46.47 %dir.

Türkiyəli zəvvarlar may ayından etibarən Həcc ziyarəti üçün Məkkəyə getməyə başlayacaqlar.

Qeyd edək ki, Həcc mövsümündə izdiham yaşanmasının qarşısını almaq üçün Səudiyyə Ərəbistanı əhalisi çox olan ölkələrə kvota tətbiq edir.

Türkiyədə 2 milyon 426 min 114 nəfər Həcc ziyarəti üçün müraciət etsə də, ölkəyə tətbiq edilən kvota səbəbindən sadəcə 83 min 430 nəfər Həccə gedəcək.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan könüllüləri Sümeyye Ərdoğanla birgə zəlzələdən zərərçəkən qadınlara hədiyyələr verib

Azərbaycan könüllüləri qardaş Türkiyədə 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə çadır şəhərciklərində yaşayan qadınlara hədiyyələr təqdim edib. Bu...

Bağla