TÜRKİYƏDƏ HELİKOPTER QƏZAYA UĞRADI – 11 HƏRBÇİ ŞƏHİD OLDU

0

Türkiyə Bitlis vilayətinin Tatvan rayonunda hərbi helikoter qəzaya uğrayıb. İslamveirfan.com yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində yüksək rütbəli hərbçilərin olduğu 11 nəfər şəhid olub.

Məlumata görə ötə gün Türkiyə vaxtı ilə saat 13.55-də “Cougar” tipli hərbi helikopter Bingöldən Bitlisə getmək üçün havaya qalxıb. Təxminən saat 14.25-də helikopterlə əlaqə kəsilib.

Dərhal bölgədə PUA-larla axtarış işləri aparılıb və helikoterin qəzaya uğradığı məlum olub.

Qəza nəticəsində 9 nəfəri qəza yerində, 2 nəfəri xəstəxanada olmaqla 11 nəfər dünyasını dəyişərək şəhid olub. 2 nəfərin müalicəsi isə davam edir. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
OSMAN SINAV AZƏRBAYCANIN QURTULUŞ SAVAŞINDA IŞTIRAKINA DAIR FILM ÇƏKƏCƏK

Türkiyənin “Sinegraf” kino şirkətinin rəhbəri, rejissor Osman Sınav Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşündən danışıb. O açıqlamasında bildirib ki, görüşdə...

Bağla