Türkiyədə təhsilini bitirən hərbi qulluqçularımıza diplomlar təqdim edilib

0

Türkiyənin Yalova vilayətində Milli Müdafiə Universitetinin Miçman İxtisaslaşdırma Məktəbinin məzunlarının növbəti buraxılış mərasimi keçirilib.

Mərasimdə Türkiyə Respublikası Hərbi Dəniz Donanmasının komandanı vitse-admiral Kadir Yıldız, Sahil Təhlükəsizlik Qüvvələrinin komandanı kontr-admiral Ahmet Kendir, məktəbin müəllim-professor heyəti və məzunların ailə üzvləri iştirak ediblər. 

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, 2 illik hərbi təhsil proqramı üzrə Türkiyə Hərbi Dəniz Qüvvələri üçün miçman kadrlarının hazırlanmasında əhəmiyyətli rolu olan Miçman İxtisaslaşma Məktəbini müvəffəqiyyətlə bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularına diplomlar təqdim edilib.

Mərasimdə iştirak edən Azərbaycanın Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri miçman rütbələrini almış hərbi qulluqçularımızı  təbrik edib, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanlı şagird: “Təyyarələrin altına termal kameralar quraşdırmaq istəyirik”

Avqustun 30-da Türkiyənin Samsun şəhərində işə başlamış və sentyabrın 4-dək davam edəcək "Teknofest Karadeniz" Aerokosmik və Texnologiya Festivalında Azərbaycandan 16...

Bağla