TÜRKİYƏDƏ TƏRAVİH NAMAZI MƏSCİDLƏRDƏ KÜTLƏVİ QILINACAQ

0

Müqəddəs ramazan ayının təməl ibadətlərindən olan təravih namazı Türkiyədə məscidlərdə kütləvi olaraq qılınacaq.

Bu barədə Türkiyənin rəsmi dini komitəsi Diyanetin sədri Əli Erbaş, “2022-ci il ramazan fəaliyyətləri” adlı tədbirdəki çıxşında bildirib.

Əli Erbaş ilk təravih namazının 1 aprel cümə günü işa namazından sonra qılınacağını, ilk ramazan orucunun da 2 aprel şənbə günü tutulacağını deyib.

Xatırladaq ki, qlobal covid-19 pandemiyası səbəbindən iki ildir Türkiyədə məscidlərdə kütləvi təravih namazı qılınmırdı.

Qeyd edək ki, Türkiyə ilə yanaşı bir çox müsəlman ölkəsində bu il təravih namazı məscidlərdə kütləvi olaraq qılınacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RAMAZANIN VACİB İBADƏTİ FİTRƏNİN MƏBLƏĞİ AÇIQLANIB

Azərbaycanda bu il üçün Ramazan ayının son günündə veriləcək fitrə zəkatının məbləği açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayı...

Bağla