TÜRKİYƏNİN MÜDAFİƏ NAZİRLİYİ QƏLƏBƏ PARADI ILƏ BAĞLI VİDEOÇARX HAZIRLAYIB

0

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Vətən müharibəsində qazandığı zəfər münasibətilə bu gün Bakıda keçiriləcək Qələbə paradı ilə bağlı paylaşım edib.

Paradla bağlı hazırlanan videoçarx nazirliyin tvitter səhifəsində yerləşdirilib.

“Bir Vətən Hərəkatı”nın uğurla icra edən və Qarabağda böyük Zəfər əldə edən Azərbaycan türkü qardaşlarımızı təbrik edir, Bakıdakı paradda iştirak edəcək qəhrəman ordularımızın hərbçilərini qürurla salamlayırıq. 2 783 şəhidimizə Allahdan rəhmət diləyirik”, – paylaşımda qeyd olunub.

Videoçarxda Azərbaycan və Türkiyə ordularının birgə keçirdiyi təlimlərdən görüntülər, həmçinin Azərbaycan Ordusunun Vətən müharibəsində keçirdiyi əməliyyatların fraqmentləri və Qələbə paradının təlim kadrları əksini tapıb.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HULUSİ AKARDAN QARABAĞLA BAĞLI YENİ AÇIQLAMA

“Azərbaycan Ermənistan tərəfindən həyata keçirilən hücumları dayandırmaq və ərazilərini işğaldan azad etmək üçün “artıq bəsdir” deyərək hərəkətə keçdi”. Bunu Türkiyə...

Bağla