TÜRKİYƏNİN VİTSE-PREZİDENTİ YAP NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB

0

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz oktyabrın 6-da Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə C. Yılmaz “X” sosial şəbəkəsində yazıb.

“Mən Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinə xoş səfərə görə təşəkkür etmək istəyirəm”, – paylaşımda bildirilib.

Qeyd edək ki, Tahir Budaqovun başçılıq etdiyi YAP nümayəndə heyəti Türkiyədə səfərdədir. Onlar bundan öncə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Serdar Yıldırım: “TDT ilə kosmik sahədə “Azərkosmos”un da yer aldığı layihələr reallaşdırılacaq”

Türk Dövlətləri Təşkilatı (TDT) ilə kosmik sahədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") də yer aldığı layihələrimiz...

Bağla