TURKPA-nın islam maliyyəsi üzrə  təcrübəsini Azərbaycanda tətbiqi təklif olunub

0

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TURKPA) islam maliyyəsi üzrə təcrübəsi həm Azərbaycanda, həm də üzv olan ölkələrdə sürətləndirilsə, yaxud da modern qanunvericilik yaradılsa Azərbaycanda da tətbiq edilə bilər.

Bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov Bakıda Milli Məclisin və TÜRKPA-nın birgə təşkilatçılığı ilə “Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda konfransda deyib.

Zeynalov bildirib ki, TURKPA-nın rolunu islam maliyyəsinin inkişafında görürəm:

“Bu gün ən vacib məsələ sahibkarlığın maliyyə vasitələrinə əlçatanlığıdır. Bunun üçün də maliyyə alətlərinin çeşidliliyini artırmaq lazımdır. Azərbaycanda maliyyə alətləri üzrə çeşid hələ də azdır. Faktorinq xidməti fəaliyyət göstərir, lakin bu, elədə inkişaf etməyib. Yəni, maliyyə alətlərinin inkişaf etdirilməsində islam maliyəsi çox vacib alətdir. Bir çox inanclı insanlarımız iqtisadiyyatdan kənarda qalır. İnanclı insanlın əksəriyyəti banka getmirlər. Onların maliyyəsini iqtisadiyyatda istifadə edə bilmirik”.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Hulusi Akar: “Azərbaycanın haqlı mübarizəsini dəstəkləmək üçün əlimizdən gələni edirik”

“Azərbaycan, Liviya kimi dost və qardaş ölkələrdə dostlarımızın, qardaşlarımızın haqlı mübarizələrini əlimizdən gəldiyi qədər dəstəkləməyə çalışırıq”. “TRT Haber” xəbər verir...

Bağla