ULDUZ FUTBOLÇU MESUT ÖZİL FƏLƏSTİNLİ UŞAQLARA YARDIM ETDİ

0

Türkiyənin “Fenerbahçe” klubunun ulduz futbolçusu Mesut Özil fələstinli uşaqlara yardım edib. Özil, fələstinli uşaqlara yardım məqsədilə təşkil edilmiş “Artsın əskilməsin” xeyriyyə bazarında satılmaq üçün 50 forma imzalayıb.

Bu formalar, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın iştirak etdiyi xüsusi bir tədbirdə  5 dəqiqəyə satılıb. Xanım Ərdoğan formalardan birini alaraq aksiyaya dəstək verib.

Aksiya nəticəsində əldə olunan vəsait TOGEM-DER (Kütləvi inkişaf və ictimai həmrəylik dərnəyi) və Qırmızı Aypara (Kızılay) cəmiyyətinin birgə imzaladığı protokola əsasən fələstinli uşaqlar üçün xərclənəcək.

Ntv

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Dəstəmaz Necə Alınır?

Bağla