ÜMUMDÜNYA MÜSƏLMAN ALİMLƏR ŞURASI UKRAYNA ÜÇÜN BƏYANAT YAYIB

0

Ümumdünya Müsəlman Alimlər Şurası, Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibənin dayandırılması üçün bəyanat yayıb.  

Şuranın yaydığı yazılı bəyanatda, Rusiya ilə Ukrayna arasında davam edən müharibənin başa çatması, iki ölkə arasında qonşuluq münasibətlərinin və kompromisin tezliklə başlaması təmənna edilib.  

Dünyada sülhün bərqərar olmasına görə hamının məsuliyyət daşıdığının bildirildiyi bəyanatda, müharibənin bütün tərəflər üzərində böyük mənfi fəsadları olduğu ifadə edilib.

Həmçinin bəyanatda, hərbi gücdən istifadə edərək ərazi işğal etmək və hakimiyyət qurmağın qəbul edilməz olduğu vurğulanıb.

Bəyanatda, Türkiyə və Pakistan kimi döyüşən tərəflərlə yaxşı münasibəti olan ölkələrdən sülh danışıqları üçün vasitəçi olmaları tələb edilib.

Bəyanatın yekununda, müharibələr zamanı bütün dünyanın, ən çox da mülki əhalinin uduzduğu vurğulanıb.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
UKRAYNA MÜFTİSİ İSLAM DÜNYASINI KÖMƏYƏ ÇAĞIRDI

Ukrayna Müsəlmanları Dini İdarəsinin (UMMA) müftisi Səid İsmayılov ölkədəki müsəlmanların orduya və dövlətə dəstək verməsi, həmçinin İslam dünyasının Ukraynaya dəstək...

Bağla