VİCDAN SUSQUNLUĞU

0

Vicdan insanı öhdəlik götürməyə və məsuliyyətli olmağa çağırır. Məsələn, vicdanlı insan yalan danışmaz, oğurluq etməz, başqalarına zülm etməz. Lakin vicdanın gətirdiyi bu kimi öhdəliklər daxildən gələn təlqinlərlə əmələ gəlir. Vicdanı “ölən” insanlar isə öz öhdəliklərini daxildən gələn vəsvəsə ilə, yaxud xaricdən gələn təzyiqlə yerinə yetirirlər. Vicdanın gətirdiyi öhdəliklər müsbət, vəsvəsənin vadar elədiyi tapşırıqlar isə mənfidir. İnsan əslində eyni anda iki yol ayrımında qalır, birisi vicdanın yolu, ikincisi isə vəsvəsənin yolu. Şəms surəsi 8-ci ayədə Rəbbimizin: “Biz ona günahkarlığını və təqvasını ilham etdik” deyə buyurduğu iki yol, Rəhmani və şeytani yollardır. Birinci yol Allaha nisbət edilir və Rəhmani yol adlanır. İkinci yol isə şeytana nisbət edilir və şeytani yol adlanır. Vicdanın təlqinimi, yoxsa şeytanın vəsvəsəsimi daha qüvvətlidir sualına: İnsan öz qulağını hansına çeviribsə, o daha güclü və təsir edicidir- deyə bilərik. Vicdan öhdəliyinin əsas əlaməti insanın öz ağlını işlədərək doğru variantaları seçməsidir. Vicdan öhdəliyi eyni zamanda üstün əxlaq nümunələri sərgiləməyin təməlini təşkil edir. Vicdan öhdəliyini yerinə yetirmək üçün insanın ən azından bu üç suala cavab verməsi lazımdır.

“İnsan kimdir?”,

– “İnsan bu dünyada nə etməlidir?”,

– “İnsan öldükdən sonra haraya gedir?”

Yuxarıdakı suallara cavab axtarmaq vicdan öhdəliyinin ilk addımlarıdır. Bu suallara vicdanı ölməmiş insanlar asanlıqla cavab verə bilərlər. Vicdan öhdəliyi insana bəzi məsuliyyətlər yükləyir. Belə ki, “insan bu dünyda nə etməlidir?” sualına cavab verən insan vicdanı; “Allaha ibadət etməli”, “Allahın yaratdıqlarına mərhəmət etməli”, “öz hüdudlarını tanımalı”, “başqalarına zülm etməməli”, “fəsad və fitnə çıxarmamalı”, “işləyərək halal ruzi qazanmalı”….. kimi cavablar verərkən insanı bu kimi üstün əxlaqa yönəldir və eyni zamanda insana məsuliyyət hissi yükləyir. Əslində yol ayrımı elə məhz burada başlayır. Vicdanın insana yüklədiyi məsuliyyətləri daşımaq ağır olduğundan, insan vicdan öhdəliyindən qaçmağa başlayır. Elə bir vaxt gəlir ki, “vicdanın səsi” cılızlaşır, yaxud vicdanın səsini duyan “vicdan qulağı” karlaşır. Belə insanların qulaqları karlaşdığı kimi, həm də gözlərinə pərdə çəkilir və qəlbləri möhürlənir.

Vicdanın öhdəliyini insana unutdurmaq üçün tarixin hər dövründə şeytanın qurduğu oyunlar, sistemlər, kələk və hiylələr olmuşdur. Ateizm, deizm, darvinizm, kommunizm, kapitalizm və buna bənzər “izm”lər şeytan hiylələrinin sistemləşmiş formalarıdır. Son zamanlarda məşhurlaşan “tək dünya sistemi” (singularity), yaxud böyük sıfırlama (great reset) və bununla bağlı olaraq insanlara aşılanan inanclar, vərdişlər, davranışlar, mədəniyyət və adətlərin hamısı “vicdanı susdurma” fəaliyyətləridir. Vicdan susarsa vəsvəsələrin səsi gurlaşmağa və daha asan eşidilməyə başlayar. Vicdanın susqunluğu,“insan öldükdən sonra haraya gedir?” sualının cavabsız qalması deməkdir.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKIYƏDƏ ÜÇ GÜN KÜÇƏYƏ ÇIXMAQ QADAĞAN EDILİR, CÜMƏ NAMAZI QILINACAQ

Türkiyədə üç günlük küçəyə çıxmaq qadağası tətbiq ediləcək. Ölkədə 23 apreldə “Milli Suverenlik və Uşaq Bayramı” günü münasibəti ilə rəsmi...

Bağla