“XOCALI TÜRKLƏRİNDİR, QARABAĞ TÜRKLƏRİNDİR, BU HƏQİQƏTİ KİMSƏ DƏYİŞƏ BİLMƏZ”

0

“Xocalı türklərindir. Qarabağ türklərindir. Bu həqiqəti kimsə dəyişə bilməz”.

Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı rəhbərlik etdiyi siyasi təşkilatın Türkiyə Böyük Millət Məclisindəki parlament fraksiyasının toplantısında deyib.

“Gözümüz soydaşlarımız olan hər yerdədir. Həmin yerlərdə müxtəlif faciələr yaşanıb. Xocalı faciəsi onlardan sadəcə biridir. Tam 30 il əvvəl, yəni 1992-ci il ildə Qarabağın Xocalı şəhərində canımızdan canımız getdi. Xocalı hələ sağalmayan yaradır. 7 min əhalisi olan Xocalıda soyqırım törədilmiş, 613 soydaşımız şəhid edilmişdir”, – o vurğulayıb.

MHP lideri vurğulayıb ki, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan möhtəşəm zəfər qazanıb: “2020-ci ilin 27 sentyabr-8 noyabr tarixlərində Azərbaycan əsgərləri erməni silahlılarını məhv etmişdir. Türkün damarına basanlar, torpağına göz qoyanlar peşman edilmişdilər. Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Laçın, Şuşa, Kəlbəcər azad edilmişdir. Türkiyə-Aəzrbaycan həmrəyliyi zəfəri təmin edən əsas məqam idi. Türk millətlərinin tək ürək olması düşmənə unudulmaz dərs vermişdir”.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SOSİAL ETİKAMIZ

Bu gün altı milyon internet istifadəçisindən iki milyon insanımız facebook istifadəçisidir. Bu qısa statistik məlumatı qeyd etməkdə məqsədim odur ki,...

Bağla