YA XEYİR SÖYLƏ, YA DA SUS!

0

Bir gün Peyğəmbərimiz (SAV) dəvəsinin üstündə, səhabələr də onun arxasından gedirdilər. Muaz bin Cəbəl (ra):

  • Ya Rasulallah! Əgər sizi narahat etməyəcəyəmsə yanınıza yaxınlaşmaq olar? – deyə soruşdu.

Rasulallah (SAV):

  • Yaxına gəl – dedi. Yanyana getməyə başladılar və onların arasında belə bir daloq oldu. Muaz (ra):
  • Canım sənin yoluna fəda olsun ya Rasulullah! Allah-Taladan təmənnamız budur ki, bizim əmanətimizi səndən əvvəl alsın. Allah göstərməsin, əgər sən bizdən əvvəl vəfat etsən səndən sonra hansı ibadətləri edək?

Rasulullah (SAV) bu suala cavab vermədi. Bundan sonra Muaz (ra):

  • Allah yolunda cihad edəkmi?
  • Allah yolunda cihad etmək çox yaxşı əməldir. Amma insanlar üçün bundan daha xeyirli işlər var.
  • Yəni oruc tutmaq, zəkat verməkmi?
  • Oruc tutmaq, zəkat vermək də yaxşıdır.

Bu minvalla Muaz (ra) bir insanın edə biləcəyi bütün yaxşı əməlləri sadaladı. Rasulullah (SV) hər dəfə bundan daha yaxşısı var dedi. Muaz (ra):

  • Anam atam sənə qurban olsun ya Rasulullah! İnsanlar üçün bunlardan daha xeyirli nə ola bilər ki? Yəni hər şeyi saydım.

Peyğəmbərimiz (SAV) ağzını göstərdi:

  • Əgər faydalı bir şey danışmayacaqsansa sus!
  • Ya Rasulullah! Danışdıqlarımıza görə də, sorğu-suala çəkiləcəyikmi?

Rasulullah  (SAV) əlini Muazın (ra) dizinə vuraraq dedi:

  • “Allah xeyrini versin Muaz! İnsanları üzüstü cəhənnəmə sürükləyən dillərinin dediyindən başqa nədir ki? Kim Allaha və axirət gününə inanırsa ya faydalı söz söyləsin, ya da sussun, zərərli bir söz deməsin!”

Deməli danışdıqlarımıza diqqət edəcəyik və dilimizi zərərli sözlərdən qoruyacağıq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ HƏFTƏ SONU KOMENDANT SAATI TƏTBİQ EDİLİR

Koronovirusla mübarizə tədbirləri çərçivəsində şənbə və bazar günləri Türkiyənin 31 vilayətində komendant saatı tətbiq olunur. İslamveirfan.com xəbər verir ki, bu...

Bağla