Yaşar Gülər: Can Azərbaycanla hərbi əməkdaşlığı gücləndiririk

0

Azərbaycanla qarşılıqlı etibar əsasında başda birgə təlimlər və müdafiə sənayesi olmaqla hərbi əməkdaşlıq güclənir.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

“Bu çərçivədə can qardaşımız Azərbaycan ilə qarşılıqlı etibar əsasında başda müştərək təlimlər və müdafiə sənayesi olmaqla hərbi əməkdaşlığımızı güclən​diririk. Digər tərəfdən, Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesini yaxından izləyir, davamlı sülhün Cənubi Qafqazda sabitliyi, nəqliyyat və ticarət əlaqələrini və iqtisadi əməkdaşlığı inkişaf etdirəcəyinə inanırıq”, – nazir vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Hava 21 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli...

Bağla