YAXŞI GÖRMƏK ÜÇÜN YAXŞI BAXMAQ LAZIMDIR!

0

Qaranlıq olanda işıq, işıq olanda da qaranlıq olmur. Qaranlıqda və ya işıqda oturmağımızı da özümüz müəyyənləşdiririk. Yaxşılıq və pislik də belədir. Ya yaxşı olmalısan ya da pis. İkisinin bir yerdə olması mümkün deyil.

Edilən əməllər də yoluxucu xəstəliklər kimidir. Bunun daha tez yoluxma şəkli də deməklə yox etməklə mümkündür. Ya yaxşılıq edib başqalarına da yaxşılıq adətini yoluxduracaqsan, yada pislik edib pislik adətini. Əslində bu iki adətin ortasında olanlar da var. Hən ondan həm bundan olub əslində heç nə olmayanlar.

İnsanların gözü tərəzidir yaxşılığı da çəkir pisliyi də. Ancaq adətən yaxşılığın qarşısında yaxşılıq, pisliyin də qarşısında pislik olur.

Sən özün yaxşısansa deməli hər şey yaxşıdır. Özün saflaşıb təmizləndicə başqalarının da saf və təmiz olduğunun şahidi olursan. Sən hələ də başqalarında nöqsan axtarıb, səhv tapırsansa, deməli sən özün hələ nöqsanlardan xali olmamısan.

İnsanın üzündə, dərisində hər hansı bir ləkənin olması böyük ehtimalla onun daxili orqanlarından hər hansısa birinin xəstə olmasından xəbər verdiyi kimi insanın sərgilədiyi əməllərində nöqsanlığı da onun düşüncələrindəki nöqsanlığından xəbər verir. Biz ətrafımıza çirkli gözlüklərimizin arxasından baxırıqsa əvvəlcə gözlüklərimizin təmizliyinə diqqət etməliyik əks təqdirdə çirkli gözlüklərin arxasındakı hər şeyi və hər kəsi çirkli zənn edəcəyik.

Bir gün yeni evlənmiş ər və arvad səhər yeməyi yeyərkən arvad pəncərədən qonşusunun paltar sərdiyini görür və həyat yoldaşına belə deyir:

-Görürsənmi əzizim? Qonşunun arvadı paltarı yuya bilmir. Necə yuyursa elə çirkli-çirkli də asır.

Kişi isə heç nə demir. Bir arvadına baxır, birdəki qonşuya.

Bir gün keçir, iki gün keçir.Arvad yenə hər səhər eyni sözü təkrarlaya-təkrarlaya durur. Üzərindən bir həftə keçir. Yenə ər-arvad yeməyə oturur. Arvad bu səfər isə:

-Hə indi deyəsən qonşunun arvadı paltar yumağı öyrənib. Bütün paltarlar təmiz və ağ-appaqdır.

Kişi dözə bilmir cavabında…

-Əzizim o paltarları həmişə ağappaq yuyur. Sadəcə mən bu gün səhər tezdən durub evimizin çirki pəncərələrini silmişəm.

 Deməli hər şey bu qədər sadədir. Yaxşı görmək üçün yaxşı baxmaq lazımdır. Və ən əsası da təmiz pəncərənin arxasından…

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Şahbaz Quliyev və Dilqəm Əsgərov Vətənə gətirilib

Azərbaycanlı əsirlər və erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov Vətənə gətiriliblər. Bu barədə Azərbaycan Respublikasının Əsir və itkin...

Bağla