“ZƏLZƏLƏ BİR DAHA GÖSTƏRDİ Kİ, ÇƏTİN ZAMANLARDA BİRLƏŞƏN XALQIQ”

0

Türkiyədə baş verən güclü zəlzələ bir daha göstərdi ki, biz bütün çətin zamanlarda birləşən və həqiqətən, bir olan xalqıq.

Bunu Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya Naxçıvan Dövlət Universitetində görüş zamanı deyib.

Baş konsul universitetdən göstərilən dəstəyə görə xüsusi minnətdarlıq edib.

Görüşdə qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, ali təhsil sahəsində də ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi perspektivləri qeyd edilib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İƏT QARABAĞDA MƏDƏNİ VƏ DİNİ İRSƏ ZİYAN VURULMASINI PİSLƏYİB

“30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın ərazilərində mədəni və dini irsə vurulmuş ziyanla bağlı məsələ BMT...

Bağla