Zəngəzur dəhlizi Trans-Avropa nəqliyyat şəbəkəsinə qoşula bilər

0

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında Zəngəzur dəhlizinin Trans-Avropa nəqliyyat şəbəkələrinə (TEN-T) əlavə olunması ətrafında fikir mübadiləsi aparılıb.

“Report” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə baş direktoru Gert Can Kupman ilə görüş keçirdik. Görüşdə Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafı və bu istiqamətdə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanılması ilə bağlı məsələləri müzakirə etdik. Süni intellekt və kibertəhlükəsizlik sahəsində kadr potensialının gücləndirilməsi, Aİ şirkətlərinin ölkəmizdə fəaliyyəti barədə danışdıq. Eyni zamanda Azərbaycanın Aİ-nin “Horizon Europe” proqramı çərçivəsində layihələrdə iştirakı imkanlarını nəzərdən keçirdik”, – deyə nazir qeyd edib.

R.Nəbiyev, tərəflərin həmçinin Orta Dəhlizin potensialının artırılması və rəqəmsallaşdırılması, eləcə də aviasiya, dəniz nəqliyyatı, süni intellekt və kibertəhlükəsizlik sahələrində Aİ ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardığını diqqətə çatdırıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Komitə sədri Aİİ-də təhsil alan tələbənin evini ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində institutun “İslamşünaslıq” ixtisasının...

Bağla