ZAKİR HƏSƏNOV TÜRKİYƏDƏ MÜHİM MƏRASİMDƏ İŞTİRAK EDİB

0

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyənin Ali Hərbi Dənizçilik Məktəbinin və Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının buraxılış mərasimində iştirak edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Mərasimdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək məzunları buraxılış münasibətilə təbrik edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyənin Zəfər Bayramının 100-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün müdafiə naziri general-polkovnik Zakir Həsənovun qardaş ölkədə işgüzar səfərdədir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏLİ SƏFİR: “AZƏRBAYCAN TƏLİM-MƏŞQ TOPLANIŞLARI ÜÇÜN İDEAL YERDİR”

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb. MOK-un mətbuat xidmətindən verilən məlumata görə, qurumun...

Bağla