Ərdoğan helikopter qəzası ilə bağlı Türkiyə və Qətər xalqına başsağlığı verib

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə baş verən helikopter qəzasında ölənlərin ailələrinə başsağlığı verib.

“Report” xəbər verir ki, Ərdoğan bu barədə “X”dəki hesabında yazıb.

“Qətərdə baş verən helikopter qəzasında Türk Silahlı Qüvvələrimizin və ASELSAN personalımızın, eləcə də Qətər Silahlı Qüvvələri mənsublarının şəhid olduğu xəbərini böyük kədərlə öyrəndim. Bu ağır qəzada şəhid olan qəhrəman əsgərimizə, ASELSAN əməkdaşlarına, dost və qardaş Qətərin əsgərlərinə Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı diləklərimi çatdırıram. Ölkəmizin, millətimizin və Qətər xalqının başı sağ olsun”.

Qeyd edək ki, ölkənin ərazi sularında helikopterin düşməsi nəticəsində Qətər Silahlı Qüvvələrinin (SQ) dörd hərbi qulluqçusu, Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi və Türkiyə şirkətinin iki əməkdaşı həlak olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İstanbulda iki binanın çökməsi nəticəsində 7 nəfər xəsarət alıb

Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda iki bina çöküb. İstanbul valisi Davut Gül Fatih rayonunda təbii qaz partlayışı nəticəsində uçqun baş...

Bağla