Şamil Ayrım: Qərbi Azərbaycan məsələsi Türk dünyasının ortaq yaddaşının bir hissəsidir

0

Qərbi Azərbaycan məsələsi təkcə Azərbaycanın deyil, eyni zamanda, Türk dünyasının ortaq yaddaşının və mübarizəsinin bir hissəsidir.

“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şamil Ayrım “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” adlı l beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, əsas məsələlərdən biri bu tarixi düzgün şəkildə dünya ictimaiyyətinə çatdırmaqdır:

“Mustafa Kamal Atatürkün çox mühüm bir sözü var: “Milləti ən çətin şəraitdə ayaqda saxlayan şey onun tarixinə və kimliyinə bağlılığıdır”. Bu gün Qərbi Azərbaycan məsələsi də məhz belə bir tarix və kimlik məsələsidir. Hər şeydən əvvəl Qərbi Azərbaycan məsələsini düzgün şəkildə anlatmaqdır. Bunun üçün çalışırıq və fəaliyyət göstəririk. Bu məsələ təkcə Azərbaycanın deyil, eyni zamanda, Türk dünyasının ortaq yaddaşının və mübarizəsinin bir hissəsidir”.

Şamil Ayrım bildirib ki, insanların öz doğma torpaqlarına təhlükəsiz, şərəfli və dinc şəkildə qayıtması bölgədə davamlı sülhə nail olmağın ən möhkəm təməllərindən biridir:

“Çünki Qərbi Azərbaycandan didərgin düşmüş insanların hekayəsi yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsidir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÜMİD; UCA ALLAHIN İNSANA BƏXŞ ETDİYİ NUR

İnsanın cövhərində ilahi həqiqət gizlidir. O, fərqli vəsilələrlə bu cövhərin mahiyyətini dərk etməyə çalışır. Bu yolda bəzən müvəffəq olur, bəzən...

Bağla