Azərbaycan Fələstində məktəb tikməyi planlaşdırır

0

Azərbaycan Fələstində böyük məktəbin tikintisini həyata keçirməyi planlaşdırır, lakin bölgədə davam edən müharibə layihənin icrasını ləngidir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “CNN Türk”ə müsahibəsində deyib.

O bildirib ki, Fələstin tərəfi məktəbin tikintisi üçün əvvəlcədən torpaq sahəsi ayırsa da, hazırkı təhlükəsizlik vəziyyəti səbəbindən layihənin həmin ərazidə reallaşdırılması mümkün deyil.

Bu səbəbdən Azərbaycan tərəfi Fələstin rəhbərliyinə müraciət edərək məktəbin inşası üçün alternativ torpaq sahəsinin müəyyənləşdirilməsini istəyib.

Bakigundem.com 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“The Guardian”: “Falcon 9” raketinin bir hissəsi Ayla toqquşacaq

"SpaceX" şirkətinin "Falcon 9" raketinin dörd tonluq bir hissəsi avqustun 5-i səhər saatlarında Ayın səthi ilə toqquşacaq. "Report" xəbər verir ki,...

Bağla