Azərbaycanda Qurban Bayramı Namazının Vaxtı Açıqlanıb

0

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.

“Report” xəbər verir ki, bayram namazı avqustun 12-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınacaq.

Eyni zamanda, Azərbaycanın bütün məscidlərində bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazını Təzəpir məscidində qılacağı gözlənilir.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Mübariz Qurbanlı: Ermənilər nəinki yəhudilərə, bütün millətlərə nifrət edirlər

Ermənilər başdan-ayağa millətçi zəhəri ilə zəhərlənmiş xalqdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “The Jerusalem Post” qəzetində dərc...

Bağla