Bakıda məscid yanğından mühafizə olunub

0

Bakıda məscid ərazisində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qurumdan verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Günəşli qəsəbəsində yerləşən məscidin ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məscidin ərazisində yerləşən tikilidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb. Məscid yanğından mühafizə olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan Fələstində məktəb tikməyi planlaşdırır

Azərbaycan Fələstində böyük məktəbin tikintisini həyata keçirməyi planlaşdırır, lakin bölgədə davam edən müharibə layihənin icrasını ləngidir. Bu barədə Azərbaycan Prezidentinin...

Bağla