BOSNİYA VƏ HERSOQOVİNADA YENİ KÜTLƏVİ MƏZAR AŞKARLANIB

0

Bosniya və Hersoqovinanın cənubundakı Kalinovik şəhərinə bağlı Dobro Polye rayonunda kütləvi məzar aşkarlanıb.

Bosniya və Hersoqovina “İtkin şəxslər” institutunun verdiyi məlumata görə, məzarın 1992 – 95-ci illərdə ölkədə baş vermiş müharibədə ödürülən mülki şəxslərə aid olduğu ehtimal edilir.

Məlumatda məzarda ən azı 3 nəfərə aid qalıqların olduğu, qazıntı və tədqiqat işlərinin davam etdiyi bildirilib.

Qeyd edək ki, qazıntıda Bosniya və Hersoqovina Prokurorluğu ilə Bosniya və Hersoqovina Tədqiqat və Mühafizə agentliyi də iştirak edir.

Bosniya və Hersoqovina “İtkin şəxslər” institutu, indiyə qədər ölkənin müxtəlif yerlərindən 550-dən çox kütləvi məzarlıq aşkarlandığını bildirib.

Anadolu agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ULDUZ FUTBOLÇU MESUT ÖZİL FƏLƏSTİNLİ UŞAQLARA YARDIM ETDİ

Türkiyənin “Fenerbahçe” klubunun ulduz futbolçusu Mesut Özil fələstinli uşaqlara yardım edib. Özil, fələstinli uşaqlara yardım məqsədilə təşkil edilmiş “Artsın əskilməsin”...

Bağla