“Bu zəfər Azərbaycanın müxtəlif guşələrində uyuyan qardaş türk şəhidlərinin ruhunu şad edir”

0

“Müzəffər Ordumuz tarixi qələbə qazandı və Ermənistan tərəfindən torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoydu”.

Bunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin Xatirə kitabında yazıb.

“Şəhidlərimizin qanı və canı bahasına əldə olunan bu zəfər Azərbaycanın müxtəlif guşələrində uyuyan qardaş türk şəhidlərinin ruhunu şad edir. Azərbaycan xalqı türk şəhidlərinin şücaətini, tarixi xidmətlərini yüksək qiymətləndirir və həmişə onların xatirəsini uca tutacaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, – Prezident əlavə edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN MÜDAFİƏ NAZİRLİYİ QƏLƏBƏ PARADI ILƏ BAĞLI VİDEOÇARX HAZIRLAYIB

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Vətən müharibəsində qazandığı zəfər münasibətilə bu gün Bakıda keçiriləcək Qələbə paradı ilə bağlı paylaşım edib....

Bağla