DİNİ ETİQAD AZADLIĞI HAQQINDA QANUN DƏYİŞDİRİLMƏLİDİR

0

Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanuna ciddi dəyişikliklər nəzərdə tutulur.

Bu haqda  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Komitə sədri qeyd edib ki, əslində, mövcud qanunun bütövlükdə dəyişdirilməsi, yeniləndirilməsi lazımdır.

Onun sözlərinə görə, adıçəkilən qanunun qəbulundan uzun müddət keçib.

“Azərbaycan müstəqillik əldə etdikdən sonra “Dini etiqad azadlığı haqqında” qanun 1992-ci ildə qəbul olunub və həmin vaxtdan düz 26 il ötür.

Ötən illər ərzində zaman-zaman bu qanuna xeyli sayda dəyişikliklər, əlavələr edilib. Ancaq hesab edirik ki, artıq dövrün reallıqlarına uyğun olaraq, bu qanunun tam dəyişdirilməsinə, hətta yeni qanunun qəbuluna ehtiyac var.

Bunun üzərində artıq xeyli müddətdir işlər gedir və hesab edirik ki, bu işlər yekunlaşdıqdan sonra onu parlamentin müzakirələrinə təqdim etmək olar. Ancaq indidən detalları açıqlamaq, konkret vaxt söyləməyi düzgün saymırıq.

İşlər bitəndən sonra cəmiyyəti, medianı məlumatlandıracağıq”, – deyə komitə sədri bəyan edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ABDULQADİR GİLANİ HƏZRƏTLƏRİ

Abdulqadir Gilani həzrətləri buyurur: “Ey oğul, təqvaya sarıl, müttəqi ol! Şəriətin əsaslarına sarıl; nəfsə, nəfsi arzulara, şeytana və pis insanlara...

Bağla