“ERMƏNİSTANLA AZƏRBAYCAN YENİLİKÇİ DÜŞÜNCƏ İLƏ BİR ARAYA GƏLƏ BİLƏR”

0

“Ermənistanla Azərbaycan yenilikçi düşüncə və praktik diplomatiya ilə bir araya gətirə bilərik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın Lvov Universitetindəki çıxışında bildirib.

“Sovetlər İttifaqı dağılandan sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını qurmaq yenilikçi bir fikirdir. Fərqli problemləri olan Rusiya, Ukrayna, Ermənistan, Azərbaycan, Yunanıstan və Türkiyəni reaktiv diplomatiya yerinə, yenilikçi düşüncə və praktik diplomatiya ilə bir araya gətirə bilərik”, – o deyib.

Türkiyə XİN başçısı üçtərəfli və dördtərəfli regional əməkdaşlığın faydalı cəhətlərindən də danışıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“AZƏRBAYCANLI QARDAŞLARIMIZIN HAQLI MÜBARİZƏSİNƏ DƏSTƏK VERMƏYƏ DAVAM EDƏCƏYİK”

“Azərbaycanlı və liviyalı qardaşlarımızın yanında olub onlara haqlı mübarizələrində dəstək verməyi davam etdirəcəyik”. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar...

Bağla