PKK-NIN LİDER HEYƏTİNDƏN 4 TERRORÇU MƏHV EDİLDİ

0

Türkiyədə separatçı PKK terror qruplaşmasına qarşı Daxili İşlər Nazirliyi tərəfindən keçirilən daxili təhlükəsizlik əməliyyatlarında 7 terrorçu zərərsizləşdirilib. Məhv edilən terrorçulardan ikisinin narıncı kateqoriyada (1 milyon lirə mükafat), ikisinin isə boz kateqoriyada (500 min lirə mükafat) olduğu bildirilib.

İlkin olaraq Siirt-Eruh-Ciraf bölgələrində, vilayət Jandarm Komandanlığı tərəfindən keçirilən hava dəstəkli əməliyyatda 5 terrorçu məhv edilərək zərərsizləşdirilib.

Öldürülən terrorçulardan birinin 1 milyon lirə mükafatla narıncı kateqoriyada axtarışda olan Jiyan kod adlı Esma Afşar olduğu, digər ikisinin 500 min lirə mükafatla boz kateqoriyada axtarışda olan Mahir Nemrut kod adlı Ferit Danışman və Azad kod adlı İsmayıl Duman olduğu müəyyən edilib.

Bundan başqa Hakkari və Van vilayət Jandarm Komandanlıqlarının təşkilatçılığı ilə Jandarm Özel Hərəkatı (JÖH) və jandarm desant birliklərinin iştirak etdiyi havadan dəstəkli əməliyyatda Faraşin bölgəsində 2 terrorçu məhv edilib. Bu terrorçulardan birinin 1 milyon lirə mükafatla narıncı kateqoriyada olan Brüsk kod adlı Basri Cin olduğu müəyyən edilib.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ ORDUSU 81 TERROR HƏDƏFİNİ MƏHV ETDİ

Türkiyə Silahlı Qüvvələri (TSK) Şimali İraqda PKK terror qruplaşmasına aid mövqe, sığınacaq və mağara olmaqla 81 hədəfi “Pəncə-Qartal” adlı əməliyyatla...

Bağla