QƏBƏLƏ ŞƏHƏR MƏRKƏZİ CÜMƏ MƏSCİDİ

0

Qəbələ şəhər Cümə məscidinin bünövrəsi 1898-ci ildə qoyulmuşdur. Yerli əhalinin köməyi və şəkili usta Salamın rəhbərliyi ilə inşa olunan məscidin tikintisində çay daşlarından, dözümlülüyü ilə seçilən meşə materiallarından istifadə edilmişdir. Məscidin daxilindəki ağac materialını və binanın üst örtüyünü məşhur mesenat Hacı Zeynalabdin Tağıyev göndərmişdir. Bişmiş kərpicin, qapıların, pəncərələrin hazırlanması üçün lazım vəsaitin əldə olunmasına Qəbələnin xeyriyyəçi insanlarından olan Hacı Məhəmməd kömək göstərmişdir. Həmçinin Zaqafqaziya Ruhanilər İdarəsinin də məscidin tikintisinə müəyyən köməyi olmuşdur. Məscid 1906-cı ildə əhalinin istifadəsinə verilmişdir. 

Sovet hakimiyyəti dövründə Qəbələ şəhər Cümə məscidi yığıncaq və iclas salonuna, məhkəmə iclaslarının keçirildiyi məkana və kluba çevrilmişdir. Məscidin bütün əmlakı müsadirə edilmiş, binada olan dini ədəbiyyat yandırılmışdır. Hətta məsciddə olan ərəb əlifbası ilə yazılmış bütün elmi kitablar və tariximizdən xəbər verən elmi külliyyatlar da kortəbii şəkildə məhv edilmişdir. Sovet hökumətinin süqutundan az əvvəl məscidin binasında Tarix Diyarşünaslıq muzeyi yaradılmışdır. 2004-cü ildə məscidin binası boşaldılmış, həmin il əsaslı təmir edilmiş və 2005-ci ildə məscid uzun illər sonra təkrar ibadət ocağı kimi dindarların istifadəsinə verilmişdir. 

Məsciddə dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir. ‎700-800 nefer eyni anda ibadət edə bilir.

 

    

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ZAQATALA ŞƏHƏR MƏRKƏZİ CÜMƏ MƏSCİDİ

Məscid binasının inşasına 1998-ci ilin fevral ayında başlanılıb, 2000-ci ilin oktyabr ayında başa çatıb. 2001-ci ilin may ayının 7-də məscidin...

Bağla