QMİ SƏDRİ DÜNYANIN DİNİ LİDERLƏRİNİN SESSİYASINDA İŞTİRAK EDƏCƏK

0

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 9-da Qazaxıstana səfərə yola düşüb.

Bu barədə idarədən məlumat verilib.

Bildirilib ki, Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin dəvəti ilə baş tutan səfərdə məqsəd oktyabrın 11-də paytaxt Astana şəhərində keçiriləcək Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin XXI sessiyasında iştirak etməkdir.

Dinlərarası dialoq müstəvisində 20 ildən artıq tarixə malik nüfuzlu beynəlxalq platforma olan Dünya və ənənəvi din liderlərinin mütəmadi qurultaylarının daimi iştirakçısı və Qurultay Katibliyinin üzvü olaraq Şeyxülislam A. Paşazadənin 9-12 oktyabr tarixlərində Qazaxıstan paytaxtına həyata keçirəcəyi səfər çərçivəsində qardaş ölkənin yüksək məqam sahibləri, ölkənin dini lideri və Qurultay Katibliyi üzvləri ilə görüşləri nəzərdə tutulub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İNCİLLƏRƏ GÖRƏ HƏZRƏT PEYĞƏMBƏRİN VƏSFİ

Allah Rəsulunun (s.ə.v.) peyğəmbərliyini qəbul etməmək üçün inkarcıların bir çox bəhanələri vardır. Qorxu, özünü üstün görmə dürtüsü, həqiqəti qəbul etməmək...

Bağla