QMİ sədri və Özbəkistan müftisi arasında əməkdaşlığa dair protokol imzalanıb

0

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Özbəkistan müftisi Nuriddin Xoliknazarov arasında təkbətək görüş keçirilib, iki ölkənin dini liderləri qarşılıqlı əməkdaşlığa dair protokol imzalayıb.

Görüşdə iki ölkə arasında əlaqələrin bütün sahələrdə daim inkişaf etdiyi vurğulanıb.

Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Özbəkistan həmişə Azərbaycanın yanında olub:

“Qarabağın işğaldan azad edilməsi dövründə biz hər zaman Özbəkistanın mənəvi dəstəyini hiss etmişik. Bu gün Türk Dövlətləri Təşkilatının nəzdində islam dininin birliyinə, mənəvi irsimizə qayıdış çox vacibdir”.

Özbəkistan müftisi də öz növbəsində təşəkkür edib. Ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra iki ölkənin dini liderləri qarşılıqlı əməkdaşlığa dair protokol imzalayıblar.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TDT-nin müsəlman dini liderləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər. Nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər...

Bağla