Türkiyə və Azərbaycanın birgə istehsal etdiyi təlim təyyarəsi ilk dəfə nümayiş etdirilib.
“Report”un xəbərinə görə, “Hürkuş” adlı təlim təyyarəsi “ADEX-2026″da ziyarətçilərə təqdim olunub.
Xatırladaq ki, sentyabrın 30-da Bakıda “ADEX-2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” XV yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi işə başlayıb. Sərgilərdə bu il ümumilikdə 53 ölkə, 30 ölkədən 280 şirkət və təşkilat təmsil olunur.
“ADEX 2026” sərgisində dəniz gəmiləri və hərbi dəniz sistemləri, hərbi geyim və ləvazimatlar, hərbi laboratoriyalar, hərbi təhsil müəssisələri və hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr, logistika xidmətləri, tibbi ləvazimatlar, mühəndislik sistem və qurğuları, müdafiə və təhlükəsizlik üzrə konsaltinq, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), radioelektron sistemlər və C4ISR texnologiyaları, silah istehsalı üçün avadanlıqlar, silah və sursat, silahların utilizasiyası üzrə vasitə və texnologiyalar, simulyatorlar və təlim sistemləri, tədqiqat institutları, təyyarə və aviasiya sistemləri, videonəzarət sistemləri və təhlükəsizlik siqnalları, zirehli döyüş nəqliyyat vasitələri və digər sahələr təmsil olunur.



