Türkiyə XİN: İsrailin “Əl-Əqsa” məscidinə hücumunu qınayırıq

0

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) İsrailin “Əl-Əqsa” məscidinə hücumunu qınayıb.

“Report” xəbər verir ki, Türkiyə XİN bununla bağlı bəyanat yayıb.

“İsrailli bir nazirin təhlükəsizlik qüvvələrinin mühafizəsi altında Əl-Əqsa məscidinə təşkil etdiyi basqını ən qəti şəkildə qınayırıq”, – bəyanatda bildirilib və qeyd olunub ki, Qüdsdəki müqəddəs məkanların tarixi və hüquqi statusunu pozmaq qanuna ziddir.

Türkiyə XİN-dən bildirilib ki, təxribat xarakterli hərəkətlərin qarşısının alınmasının beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran da “X” sosial şəbəkə hesabında İsrailin bu məscidə hücumunu qınayıb:

“Məscidül-Əqsanın müqəddəsliyini hədəf alan heç bir cəhd qəbul edilə bilməz”.

Xatırladaq ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir cümə axşamı Qüdsün müqəddəs məkanına basqın edən minlərlə yəhudiyə qoşulub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Almaniyada ilk dəfə Şəhər lövhəsində cümə namazı haqqında məlumat verilib

Almaniyada ilk dəfə Şəhər lövhəsində cümə namazı haqqında məlumat verilib. Cümə namazı vaxtlarını göstərən lövhə Penzberqin girişində şəhər meri Tomas...

Bağla