TÜRKİYƏDƏ “TRT ÇOCUK DİYANƏT” KANALI FƏALİYYƏTƏ BAŞLAYACAQ

0

Türkiyədə “Türkiyə Radio Televizyonu”un (TRT) nəzdində “TRT Çocuk Diyanet” kanalı fəaliyyətə başlayacaq. Bu məqsədlə Diynetin sədri Əli Erbaş ilə TRT-nin direktoru İbrahim Eren arasında protokol imzalanıb.

Yeni kanalın məqsədinin uşaqları düzgün yetişdirmək olduğu vurğulanıb.

“İllərdir övladlarımıza öz dəyərlərimizi öyrətmədik. Əcnəbilərin, başqalarının hazırladığı cizgi filmlərlə uşaqlarımızı bəsləməyə çalışdıq. Halbuki onları milli dəyərlərimizlə bəsləməliyik. Bilirik ki, insan xarakterinin əsas hissəsi uşaq yaşda formalaşır. Bunu ən yaxşı düzgün dini məlumatlar və öz dəyərlərimizin nümayiş edildiyi verilişlərlə edə bilərik…” – deyə Əli Erbaş bildirib.  

İbrahim Eren isə TRT-yə etimad etdiyi və dəstək verdiyi üçün Əli Erbaşa təşəkkürünü bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KANADANIN BAŞ NAZİRİ: MÜSƏLMANLARIN YANINDAYIQ

Kanadanın baş naziri Castin Türdo ölkəsinin London şəhərində 4 müsəlmanın ölümü ilə nəticələnən hadisəyə reaksiyasını bildirib. Trüdo sosial şəbəkədəki səhifəsində...

Bağla