YETİMLƏRİ SEVİNDİRMƏKDƏN HÜZUR TAPARDI…

0

Möhtərəm Osman Nuri Topbaş:

“Yetimləri sevindirməkdən hüzur tapardı”

Bu ay, 21-ci ili olması münasibətilə mərhum Fatma Fəridə Topbaş anamızı yad etmək istədik.

O, bir mürşidi-kamilin qiymətli xanımı və bir mürşidi-kamili də yetişdirən nümunəvi bir anadır. Quran aşiqi bir hafiz, Məsnəvi ilə yoğrulmuş zərif bir könül… Kübar, mərd, xidmət və məhəbbət əhli bir İstanbul xanımı… Rəsulullah və Allah dostlarının hal və məhəbbətləri ilə səhəngini doldurmuş xalis bir qul…

Qiymətli Osman Nuri Topbaş Əfəndimiz və yaxınları ilə etdiyimiz bu müsahibələrin günümüzdə çox yaşadığımız  “örnək insan qıtlığını” bir az xəfiflətməsi, xeyir, bərəkət və feyzlərə vəsilə olması duası ilə…

Buyurun könül süfrəmizə…

Möhtərəm Ustadımız, vəfatının 21-ci ili səbəbi ilə Validəmiz Fatma Fəridə anamızı yad edib oxucularımıza da tanıtmaq istəyirik. Bizə Fatma Fəridə anamız haqqında danışa bilərsiniz?

Qızım Həlimə, anam çox zərif bir xanım idi.

Atam da Hz. Mahmud Samiyə intisab etmədən əvvəl çox həssas idi. Məsələn, süfrədə iki çəngəlin və ya qaşığın yeri dəyişik olsa, “Bunların yeri niyə dəyişikdir?” – deyərdi. Boşqablar, qaşıqlar xətkeşlə ölçülmüş kimi eyni cərgədə olardı. Hər şeyə qarşı həssas idi. Geyimində də elə idi. Ayaqqabılarını çıxarınca o dəqiqə bir qəlibə qoyardı. Hz. Sami Əfəndiyə intisabdan sonra bu həssaslıq mənəviyyata döndü. Eyni həssaslığı mənəvi həyatında  göstərdi. Məsələn, səccadənin qotazları dağınıqdırsa, onları düzəltmədən namaza durmazdı. Eyni şəkildə bir insana yardım edəcəyi zaman, verdiyi əmanəti bir zərfin içinə qoyar və:

– “Qəbul etdiyiniz üçün təşəkkür edirik!”,- yazardı. Adətən, özünü fağıra möhtac olaraq görmə ədası ilə infaq edərdi.

Anam da atamın bu həssaslığını çox sevirdi. Atam kimi həssas və tərtibli biri idi. Onun həssaslığını bilir və özü də etina göstərirdi. İkisində də bu həssasiyyət olduğu üçün bir-birinə çox uyğun idilər. O həssasiyyət olmasaydı, onsuz da dolana bilməzdilər. Onlar bir-birinə tam bənzəyirdilər. Biz onların ahəngli sevincləri içində böyüdük. Allah ikisindən də razı olsun. Məkanları cənnət olsun.

Anamızın Məsnəviyə və Allah dostlarına qarşı ayrı bir məhəbbəti vardı, elə deyilmi?

Anam Fatma Fəridə xanım övlüyaullah qissələrini oxumağı çox sevər və bizə də tez-tez danışardı. Təəssüf ki, o günlərdə təsəvvüfə dair əsərlər demək olar ki, yox idi. Ancaq Nəcib Fazilin “Halqadan parıltılar” adlı əsəri ilə Yunus Əmrənin “Divan”ı vardı, bunları çoxlu oxuyardı.

Övlüyaullah qissələrini anlatdığı zaman da dinləyənlər üzərində çox təsir edərdi. Mənə Həzrəti Mövlanaya məhəbbət, övlüyaullaha sevgi və ruhi dərinlik zövqünü ilk olaraq aşılayanlardan biri odur. Çünki Məsnəvi hekayələrini ilk dəfə anamdan dinləmişəm. Sonra da müəlimim olan Yaman Dədə səbəbi ilə Məsnəvi heyranlığım olmuşdu.

Qiymətli anama “basu-badəl-mevt”dən, ölümdən və axirətdən bəhs etdiyim zaman:

  • “Məni qorxutma! Rəbbim mərhəmət sahibidir!” – deyərdi.

Bəlkə də bu hal ona Hz. Mövlanaya olan məhəbbətindən sirayət etmişdir. Məsnəvi hekayələri çox xoşuna gələrdi. O, “Məsnəvi bağçasından”sərlövhəli yazılarımın ən istəkli oxucularından biri idi. Zövqlə oxuyardı. “Aynadakı yalan” adlı yazımı oxuyunca, uzun bir düşüncəyə daldı. Bir ah çəkdi və:

  • “Necə də doğrudur!” – dedi.

Bir müddət sonra da:

  • “Mənə o yazını bir daha oxu!”, – demişdi.

Bəzən birlikdə Məsnəvidən hekayələr oxuyar və şərh edərdik.

Fəridə anamızın Qurani-Kərim ilə ünsiyyəti də fərqli imiş, möhtərəm ustadımız…

 Qurani-Kərimə çox düşkün idi. Hafizliyini qardaşım dünyaya gəldikdən sonra, gənc yaşlarında ikən, iki uşağı və əfəndisinin xidmətini ifa edərkən etməyə başlamışdı. Davamlı Qurani-Kərim ilə məşğul olur, bəzən məal da mütaliə edərdi. Anlamadığı yerləri məndən soruşardı. Bəzən ona çox təsir edən ayələrin məalını mənə oxuyar: “Rəbbimiz belə buyururmuş”,- deyərdi. Qurani-Kərimə olan düşkünlüyünün bir hüzur və əminlik halı vardı üstündə…

Anamın ən böyük imtahanı təmizlik və vasvasılıq həssasiyyəti idi. Nə qədər çalışsa da ondan qurtula bilmədi. Vasvasılığı səbəbi ilə bazardan bir şey alıb əlinə sürməzdi. Gülşən Sabınçı və Zəhra Sərt xanım ilə ülfəti çox idi. Onlar bu xüsusda ona çox kömək edərdilər.

Qurani-Kərimi çox sevərdi, salehə xanımları sevərdi. Məsələn, Fatihdə Saimə anaya, Pendikdə Dürriyə anaya, bir də Üsküdardakı Sıdıka xanıma çox gedər, onların söhbətlərinə qatılar, onlarla ülfət edərdi. Söhbətlərini bəzən bizdə də etdirərdi. Saimə ana bu tövsiyəni vermişdi anama:

  • “Qızım Fəridə, şüurdan əskik olanları, bir az saf yaradılmış kəsləri bəzən insanlar ortaya alar, onlara lağ edərlər. Onların halları və söylədiklərinə gülüb qəhqəhə atarlar. Bir Allahın qulu beləcə xor görülər, alçaldılar. Sən belə bir məclisdə olub bu hala şahid olsan, o saf insanı o dəqiqə yanına al, ona xoş münasibət göstər.

Daima bunu düşün, onu yaradan Allah da, məni yaradan Allah da eynidir! O qərib mənə zimmətlidir.

“(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!” (əl-Huməzə, 1) ayəsi qarşısında Cənabı-Haqqın, Allahın qullarını xor görməyi qadağan etmiş olduğu şüuru içində ol! Və o insanın könlünü al!”

Geriyə dönüb baxdıqda ananızın n sizə ən çox təsir edən halı nə idi?

Fəridə anamın həyatı, Allaha qul olma həssasiyyəti içində olduğundan, bəzən mənən xəbərdarlıq edilərdi. Gördüyü bir yuxu səbəbi ilə özünün şəklini heç çəkdirməzdi. Mənəvi həyatında da çox həssas idi.

Vəfat etdiyi zaman Əminə xalamız mənə:

  • “Gəl ananı son dəfə gör!” – dedi.

Girdim hələ yeni kəfənlənmişdi. Vəfat etdiyində yetmiş yaşında olmasına baxmayaraq, sanki otuz beş yaşındakı halına qayıtmışdı. Siması nur içində parlayırdı. Bu, Quranın gətirdiyi nuraniyyət idi. Kəfən sanki ona məsum bir uşağa sarılan bir qundaq olmuşdu. Həyat boyu əlindən və könlündən düşürmədiyi Quranın nuraniyyətinə bürünmüşdü, parlayırdı. Ağ rəngi çox sevərdi. İndi içində olduğu bu bəyazlıq isə, fərqli bir bəyazlıq idi. Sanki ona axirətin bir vüslat təbəssümü idi!

Xülasə, şəfqət, mərhəmət, iffət, ədəb, dürüstlük, comərdlik, təfəkkür, mərhəmət zirvəsi idi. Nəzakəti də, xəbərdarlığı da ölçülü idi. Ən yaxınına belə haqqı söyləməkdən çəkinməzdi. Daxili ilə zahiri eyni idi. Səmimiyyətindən əmin olunduğu üçün heç kim ondan inciməzdi. Mərdlikdən xoşu gəlirdi. Küsməyin nə olduğunu bilməzdi. Eltiləri və baldızları ilə bacı kimi idi. Qayınanası Şərifə xanımı çox sevər, qayınatası Əhməd Həmdi Əfəndinin də övlüyaullahdan olduğu qənaətini daşıyırdı.

Yetimləri, kimsəsizləri sevindirmək ona hüzur qaynağı olurdu. Evlənəcək gənc qızlara ona gələn hədiyyələrdən hazırlayıb verməsi, xüsusi zövq verirdi. Pintilikdən nifrət edən, könül sarayından hər kəsə ikram etmək istəyən bir ana idi.

Söhbətindən feyz daşırdı. Kiçik uşaqlara etdiyi söhbətlərində, onların səviyyəsinə enməyi bilir, Rəsulullahın (s.ə.s.) hədisi-şəriflərini ən gözəl bir üslub ilə, onların idraklarına görə açıqlayardı.

İslamın şəkil və ruhi estetikasını nəfsində cəm etmişdi. Bu hal ona Hz. Peyğəmbər (s.ə.s.) və övlüyaullah məhəbbətindən bir əksolunma idi. Onların hekayələrini və ruhi dünyalarını açıqlayarkən simasındakı pak, lətif və zərif üz ifadəsi, həyat dolu təbəssümü, ətrafına qarşı bitməyən məhəbbəti, əlaqəsi, tükənməz dözümü, gerçək möminə məxsus dərin və incə nəzakəti məclislərdə örnək idi. O, yeddidən yetmişə xitab etmə məharətinə sahib bir ana idi.

O, mənim anam idi… 4 mart 1997-ci ildə Ərənsoy Səhrayi-Cədid qəbiristanlığında ilahi rəhmətə göndərdiyimiz, mənimlə birlikdə bütün möminlərin sevinclərində və kədərlərində payı olan hamımızın anası idi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“AZƏRBAYCANIN MÜKƏMMƏL MULTIKULTURALIZM MODELI VAR”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Vineyard Hyuston kilsəsinin Azərbaycan üzrə əlaqələndiricisi, missiya rəhbəri pastor Vestley...

Bağla