Həcc Ziyarətində Olan Azərbaycanlı Zəvvarların Səhhəti Yaxşıdır

0

Səudiyyə Ərəbistanında Həcc ziyarətində olan azərbaycanlı zəvvarların səhhəti yaxşıdır.

“Report”un məlumatına görə, Məkkədə olan zəvvarlar avqustun 9-da Ərəfat dağına çıxacaqlar.

Avqustun 11-də bütün zəvvarlar qurbanlar kəsəcəklər. Avqustun 11-12-13-də isə “Şeytan daşlama” mərasimi icra olunacaq.

Avqustun 22-dən 26-a qədər isə Azərbaycana dönüş başlayacaq. Zəvvarlar üçün AZAL milli aviaşirkətinin 6 təyyarəsi ayrılıb.

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 (ötən il 1440) nəfərlik kvota ayrılıb. Bu il azırbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları (ötən il 4150 dollar) təşkil edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanda Qurban Bayramı Namazının Vaxtı Açıqlanıb

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb. “Report” xəbər verir ki, bayram namazı avqustun 12-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat...

Bağla